• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Ən çox rast gəlinən psixi pozuntular açıqlandı



Ən çox rast gəlinən psixi pozuntulardan biri depressiyadır. Depressiyanın əsas əlamətləri daxili sıxıntı, narahatçılıq, bədbinlik, ümidsizlik, əhval-ruhiyyənin enməsi, həyatdan həzz alma qabiliyyətinin azalması və ya itirilməsidir (anhedoniya). 

Baki.Media xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin psixiatrı Aydan Cabbarova deyib. O depressiyanın əlamətlərini sadalayıb: 

“Depressiya zamanı adətən bu simptomlar da mövcuddur - konsentrasiyanın pozulması, yorğunluq və ya enerji çatışmazlığı, yuxu və iştahanın pozulması. İstər əsas xəstəlik kimi, istərsə də istənilən psixi pozuntu ilə müştərək şəkildə depressiya geniş yayılıb”.

Mütəxəssisin sözlərinə görə, tez-tez müşahidə edilən psixi pozuntulardan biri də bədən dismorfik pozuntudur:

“Bu psixi pozuntudan əziyyət çəkənlər vaxtının çoxunu öz bədən üzvlərini nəzərdən keçirməyə sərf edir, daim özlərində qüsur görür və onları düzəltməyə çalışırlar. Bu səbəbdən də ilkin olaraq belə şəxslər plastik cərrah və kosmetoloqlara müraciət edirlər. Lakin əsas xəstəlik psixi pozuntu olaraq qalır və xüsusi müalicə tələb edir”.

 

ƏN ÇOX OXUNANLAR

0.24076199531555