• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Natiq Cəfərli: "Hökumət əhaliyə ödədiyi 190 milyon manatı geri alır"



Nəqliyyatda gediş haqqının 10 qəpik, yəni 33% artması əhalinin cibindən ilə 200 mln. manat artıq pul çıxmamasına səbəb olacaq.

Bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli sosial şəbəkə hesabında yazıb.

"Hökumət 2022-ci ildə təriflədiyi “ƏDV-ni geri al” proqramı ilə əhaliyə nə qədər pul qaytarmışdı? Bəli, 190 mln. manat. Deməli hökumət ödədiyi həmin 190 mln. geri alır, hələ üzərində də 10 mln. manat “faizini” də camaatın cibindən çıxarır.

Seçkidən, seçicidən, vətəndaşdan asılı olmayan hökumət camaata havayı 1 qəpik də verməz – bunu unutmayaq", - deyə o bildirib.

Qeyd edək ki, Tarif (qiymət) Şurasının 31 yanvar 2023-cü il tarixində keçirilən növbəti iclasında daşıyıcı şirkətlərin müraciətlərinə baxılmış və ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər təsdiq edilmişdir.

Tarif (qiymət) Şurasının iclasında aparılan müzakirələrdən sonra 10 qəpik artırılmaqla metroda sərnişindaşıma tarifi 1 gediş üçün 40 qəpik, ölkə üzrə tarifin yuxarı həddi şəhərdaxili avtobus marşrutlarında 40 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 0,40-1,00 manat təsdiq edilmişdir. Şəhərlərarası avtobus marşrutlarında isə tarifin yuxarı həddi 1 kilometr üçün 3 qəpik səviyyəsində müəyyən olunmuşdur (əvvəlki tarif 2,4 qəpik). Qərar 3 fevral 2023-cü il tarixindən qüvvəyə minir.  

ƏN ÇOX OXUNANLAR

0.11026096343994