• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

19 yaşlı qız təyyarə ilə təkbaşına dünyanı dövr edəcək - FOTO



Böyük Britaniya əsilli Zara Rutford yüngül mühərrikli təyyarədə dünya səyahətinə çıxıb.

Bu barədə “New York Times” yazıb.

19 yaşlı qız 18 avqust 2021-ci ildə Belçikadan uçuşa başlayıb. Onun marşrutu Britaniya, İslandiya, Kanada, ABŞ, Latın Amerikası, Rusiya, Asiya ölkələri, Hindistan, Birləşmiş Ərəb Əmirlikləri və Misirdən keçəcək, sonra yenidən Avropaya qayıdacaq.

Rutfordun səyahəti noyabrın 4-də bitəcək.

“Bu uçuşla qızlara və gənc qadınlara xəyallarını gerçəkləşdirmək üçün ilham vermək istəyirəm. Aviasiya, elm, texnologiya, mühəndislik və riyaziyyat sahəsindəki gender fərqini aradan qaldırmaq istəyirəm”, - deyə o öz veb saytında yazıb.

O, uçuşu uğurla başa vura biləcəyi təqdirdə, dünyada təyyarə ilə bütün dünyanı tək başına gəzən ən gənc qadını olacaq.

ƏN ÇOX OXUNANLAR

0.17480301856995