• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Qaradağın subasmaya “vərdişkar” küçələri: “2020-ci ildən bəri problem həll edilmir” - VİDEO



Qaradağ rayon sakinləri şikayətçidirlər.

Bu barədə Oxu.Az-ın redaksiyasına rayonun Lökbatan qəsəbəsinin sakinləri müraciət ediblər.

Qəsəbə sakini Natəvan Alxasovanın sözlərinə görə, yağış suyu yaşadıqları küçəyə və evlərə dolub:

“Dünən gecə saatlarında yağış yağıb və Qaradağ Rayonu İcra Hakimiyyətinin qarşısındakı park tərəfdən toplanan axar suları üzüaşağı bizim küçəyə dolub. Buna səbəb kanalizasiya xətlərinin olmamasıdır. Küçənin yolunu da biz öz hesabımıza düzəltdirmişik”.

“Mən məsələnin həlli barədə dəfələrlə Qaradağ İcra Hakimiyyətinə getsəm də, heç bir nəticəsi olmur. İcra başçısı Süleyman Mikayılov məni görən kimi “bunu bura kim buraxıb?” - deyir. Onun səlahiyyəti bizim problemləri həll etməkdir. Amma 2020-ci ildən bu günə kimi küçənin problemi həll edilmir”, - deyə N.Alxasova bildirib.

ƏN ÇOX OXUNANLAR

0.11833715438843