• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

"Əslində, varlıyam, ailəm məndən gizlədibmiş" düşüncəsi nədən qaynaqlanır?



Xeyli sayda insan var ki, əslində, ona aid olmayan bir həyatı yaşamadığını düşünür. Yəqin siz də bu fikri eşitmisiniz: “Elə bilirəm ki, çox varlı bir ailənin övladıyam, amma ailəm ərköyün böyütməmək üçün mənə kasıb həyatı yaşadır. Bir gün çıxıb “əslində, biz çox zənginik” deyəcəklərini gözləyirəm”.

Bu fikrin altında yatan səbəb isə çoxlarına maraqlıdır.

Mövzu ilə bağlı Baki.Media -a danışan psixoloq Rövşən Nəcəfov bildirib ki, insan doğulduğu gündən rahatlığı dəb olaraq görür:

“İnsan hər zaman ətrafında olan hər kəsin rahatlıq üçün mübarizə apardığını müşahidə edir. Hər kəsin fərqli həyatları olsa da, hədəfi eynidir. Bəzən insan xoşbəxtliyindən imtina edərək rahatlığını təmin edir. Düşüncələr azadlığa təhrik edir. Əslində, insan azadlıq istəmir, rahatlıq istəyir. Azad olmaq istəyir ki, rahat olsun. Rahatlıq azadlıqdan sonrakı mərhələdir. Rahatlıq tapmış insanlar xoşbəxtliyi dərk edirlər.

İnsanın düşüncəsindəki təşvişi imkanların tez bir zamanda əldə edilməsidir. Hər zaman fərqli imkanların yaratdığı fərqli mühitlər insanın diqqətindədir. İnsan hər zaman fərqlilik axtarır, amma fərqliliyə risk etmir. Qorxusu olan insanlar şans qapısının açılacağını gözləyirlər. Şansa inananlar asan qazanmağın bir yolu olduğunu və o yolun onun ən yaxınında olduğunu düşünürlər. Ailənin zəngininliyi isə insan üçün şansdır. 

Varlı ailənin övladı olmaq istəyi xəyal dünyasının məhsuludur. Amma ailənin onu ərköyün böyütməmək üçün yaşatdığı kasıb həyatı isə cəmiyyətin mövcudluğudur. Kasıb anlayışı insanın kiçikliyi deyil, narahatlığıdır. Bir gün “əslində, biz çox zənginik” cümləsi insanın eşitmək istədiyi ifadədir. Xəyal dünyasında inşa etdiyi psixoloji fikirlər insanlara an olaraq rahatlıq verir. Bəlkə də bu onun ümididir. İnsan psixikasında şans özünü “ümid” sözü ilə əvəzləyir”. 

Psixoloq hər kəsin həyatında belə məqamlar ola biləcəyini söyləsə də, bunun davamlı hal almasınının patologiya olduğunu deyib:

“Amma bu məqamlar anlıqdır. Bir ömür insanı müşahidə edə bilməz. Uzun müddətli qeyri-real fikirlər isə insanın patalogiyasıdır. Psixoloji halın sabit olmadığının göstəricisidir.
İnsan mərhələli şəkildə özünü dərk edir. Bütün yaş dövrlərinin öz ümidi, öz şansı var. Artıq olan hər şey ziyan olduğu kimi, davamlı olan düşüncələr də psixoloji pozuntudur. Əslində insan, bir gün “əslində, biz çox zənginik” cümləsini eşitmir, “biz artıq yoxuq” reallığı ilə qarşılaşır. 
Xəyallarının arxasınca getmək istəyən insan bunun çətin yol olduğunu da görür. Hər kəs zəngin olmaq istəyir, amma heç kim fədakarlıq etmək istəmir. Zənginlik fikirdir, davranış deyil. İnsan o zaman zəngin olur ki, düşüncələri ilə rahatlığını təmin edə bilir. İstər maddi, istərsə də mənəvi zənginlik rahatlığı o zaman təmin edir ki, insan həyatına baxışını dəyişməyi bacarır. Maddi və mənəvi zənginliyi eyni anda qazanmaq üçün imtina etməyi bacarmaq lazımdır. İnsan bacarığına inandığı zaman hərəkət edir. İmtina etmək cəsarət göstəricisi deyil, mədəniyyətdir. Fədakarlıq isə öz istəklərindən imtinadır, yəni özündən imtinadır. Bütün hekayələr düşüncənin övladlarıdır. İnsanın nəyi istədiyi yox, niyə istədiyi önəmlidir”,- deyə o əlavə edib. 

Billurə Yunus

ƏN ÇOX OXUNANLAR

0.097076892852783