• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Audiovizual Şura 3 şirkətin lisenziyasını ləğv etdi, yeni lisenziyalar verdi



Audiovizual Şuranın ötən gün baş tutan iclasında şuraya daxil olan müraciətlər müzakirə olunub.

Şuradan Baki.Media -a bildirilib ki, müzakirələrin yekunu olaraq “Kaspian Telekom” MMC-nin “Ailə TV” universal platforma operatorunun paketlərində abunəçilərə təqdim olunan “Ailə Cinema” sifarişli yayım xidmətinə görə, habelə həmin paketlərdə yayımı həyata keçirilən “Ailə Kinozal” film-kino janrlı televiziya kanalına görə “Kaspian Telekom” MMC-yə müvafiq olaraq sifarişli yayım xidməti provayderi (xidmətin adı “Ailə Cinema” olmaqla) və peyk yayımı həyata keçirməyən platforma yayımçısı (televiziya redaksiyasının adı “Ailə Kinozal” olmaqla) lisenziyalarının verilməsi haqqında qərarlar qəbul olunub.

Bundan başqa, “Konnekt” QSC-nin müvafiq müraciətləri əsasında “Connect TV” universal platforma operatorunun paketlərində yayımı həyata keçirilən “CTVHD”, “CTVHD1” və “CTVHD2” film-kino janrlı televiziya kanallarına görə “Konnekt” QSC-yə peyk yayımı həyata keçirməyən platforma yayımçısı (televiziya redaksiyalarının adları “CTVHD”, “CTVHD1” və “CTVHD2” olmaqla) lisenziyalarının verilməsi haqqında qərarlar qəbul olunub.

İclasda audiovizual yayım fəaliyyətinin həyata keçirilmədiyi təsbit olunmuş fakta və ya lisenziya sahibinin Şuraya ünvanladığı rəsmi ərizəyə əsasən “Caspium Group” MMC-yə, “Media Art” şirkətinə və “Metronet” MMC-yə verilmiş lisenziyaların ləğv edilməsi haqqında qərarlar qəbul olunub.

ƏN ÇOX OXUNANLAR

0.092894077301025