• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Dünya brendlərinin maraqlı məhsulları



Samsung dedikdə ağlımıza smartfon, yaxud Ferrari dedikdə avtomobil gəlir.

Lakin bəzi dünyaca məşhur brendlər ağlınıza gəlməyəcək müxtəlif məhsullar da istehsal edir.

Baki.Media həmin brendləri və məhsullarını təqdim edir.

1. COLGATE - Ağız sağlamlığı markası kimi tanınan Colgate-in diş pastası istehsal etdiyini bilirik. Bununla belə, Colgate 1960-cı illərdə tanınmazdan əvvəl qida sənayesinə daxil olub, lakin tez bir zamanda geri çəkilib. Əslində bəzi şirkət rəsmiləri belə bir məhsulun olmadığını iddia etsə də, bir dəfə dondurulmuş lazanya istehsal etdikləri sənədlərlə sübuta yetirilib.

2. MCDONALD'S - Məşhur olduğu sahədən əlavə duş gelləri də istehsal edir. Big Mac və McFlurry adlı duş gellərinin hələ də bazarda olub-olmadığı bilinmir.

3. DORITOS - Doritosların sadəcə çipsi olduğunu düşünürsünüzsə, yanılırsınız. Doritos həmçinin şampunda istehsal edir.

4. ASTON MARTIN - İngiltərənin lüks avtomobil istehsalçısıdır. Hollandiyanın Quinttesnce şirkəti ilə əməkdaşlıq edərək yaxta istehsal edib. Onun qiyməti 2,1 milyon dollardır.

5. LAMBORGHINI - Lüks avtomobillər istehsal edən Lamborghini bazara girdiyi ilk vaxtlar traktor istehsal edib. Şirkət həmçinin qolf arabaları da istehsal edir.

6. FERRARI - Avtomobillə yanaşı, fen istehsal edir. Bundan əlavə, saç qurutma aparatının mühərriki Ferrari avtomobilləri ilə müqayisə edilir.

7. MOTOROLA - Mobil telefonları ilə tanıdığımız Motorola əslində radio istehsalçısı olub. 1928-ci ildə qurulanda batareya ilə işləyən radioları təmir edən kiçik bir şirkət idi.

8. MITSUBISHI - Kondisionerləri və avtomobilləri ilə tanıdığımız “Mitsubishi” həm də qələmyonan istehsal edir. Mitsubishi həmçinin maliyyə, bankçılıq, enerji, maşınqayırma, kimya və qida daxil olmaqla yeddi fərqli sektorda fəaliyyət göstərir.

9. NOKIA - 2016-cı ildə tərəzi istehsalına başlayıb. Fəaliyyət izləmə və sağlamlıq məhsulları şirkəti Wihtings-i 170 milyon dollara alan Nokia, demək olar ki, bu tərəzi ilə həyat məşqçiliyi edir.

10. SKODA - Avtomobil istehsalçısı olan Skoda isə velosiped istehsal edir. 1 milyondan çox avtomobil satan Skoda 1895-ci ildən velosiped istehsalına başlayıb.

11. YAMAHA - Motosikletləri və qayıqları ilə tanıdığımız Yamaha 1887-ci ildə Torakusu Yamaha adlı musiqiçi və sahibkar tərəfindən qurulub. Şirkətin təməli mühərriklərə deyil, əslində musiqi alətlərinə əsaslanır. Şirkət fleyta, skripka, saksafon, piano, klarnet, nağara, gitara, orqan kimi bir çox musiqi alətləri istehsal edir.

12.CASİO - Adətən saat və kalkulyatorlar istehsal edir. Bununla belə, şirkət klaviaturalı musiqi alətləri də istehsal edir. Casio-nun 1946-cı ildə istehsal etdiyi ən maraqlı məhsul üzük formalı siqaret tutacağıdır.

13. PEUGEOT - Peugeot (Pejo) ilk dəfə 1810-cu ildə bibər və duz dəyirmanı istehsal edərək biznesə daxil olub. Daha sonra, 1896-cı ildə o, ayrıca şirkət yaradıb və avtomobil istehsalına başlayıb.

14. TOYOTA - İkinci Dünya Müharibəsindən sonra tekstil sahəsində boşluq görən Toyota tikiş maşınları istehsal etməyə başlayıb. O vaxtdan da istehsal etməyə davam edir.

15. SAMSUNG - ağıllı cihazlar istehsal edən “Samsung” da modaya əl atıb. Cənubi Koreyada hətta geyim mağazası var.//bakupost.az

 

ƏN ÇOX OXUNANLAR

0.140949010849