• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

İcra hakimiyyətinin "gül kimi" ərazisindən sakinlər şikayətçidir - FOTO



Abşeron rayonu Ceyranbatan qəsəbəsi, Təbrik küçəsinin sakinləri natəmizlikdən şikayətçidir.

Bu barədə qəsəbə sakinləri Baki.Media -a müraciət edib. Sakinlər bildirib ki, qəsəbədə son bir ildə zibilliklər antisanitar şərait yaradıb.

“Küçədəki zibil qutuları dolub-daşır. Bəzən 1 həftə və ya 10 gün zibili yığmaq üçün maşın gəlmir. Təkcə bizim küçədə belə deyil. Bu vəziyyət qəsəbənin digər ərazilərində də hökm sürür. Rayonun qəsəbə üzrə icra nümayəndəsinin müavini ilə əlaqə saxlamışıq. Bizə deyirlər ki, maşın azdır və ya köhnədir. Olan zibil maşınları da böyük qəsəbələrə yönləndirilir”,- deyə Təbrik küç. sakinləri söyləyib.

Sakinlər əlavə edib ki, havaların istiləşməsi şəraitində qalaqlanmış zibillər xəstəlik mənbəyi ola bilər. Narahatlıq doğuran digər bir məsələ isə zibil qutularının ətrafında sahibsiz itlərin toplaşmasıdır.

Dəfələrlə itlərin hücumuna məruz qalan qəsəbə sakinləri problemin aradan qaldırılmasını istəyir.

Abşeron Rayon İcra Hakimiyyətindən isə Baki.Media -ın sorğusuna cavab olaraq bildirilib ki, məişət tullantılarını cəmi 2 gün təmizlənməyib, lakin problem artıq aradan qaldırılıb:

“Ceyranbatan qəsəbəsi, eləcə də Təbrik küçəsi məişət tullantılarından vaxtlı-vaxtında təmizlənir. Zibillərin daşınmasında hər hansı bir problem yoxdur. Ərazidə zibil cəmi 2 gün qalıb. Bu da zibildaşıyan maşında olan nasazlıqla bağlıdır. Ərazi bu gün saat 14:00-da məişət tullantılarından təmizlənib, hazırda ora tər-təmizdir, necə deyərlər, gül kimidir. Bundan sonra da işlər vaxtında aparılacaq”,- deyə cavabda qeyd edilib.

Billurə Yunus

 

ƏN ÇOX OXUNANLAR

0.071436166763306