• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

“Gənclərdən çox danışılır, qocaların tərbiyəsizliyi unudulur” – Alimdən sərt sözlər



“Gənclərin "tərbiyəsizliyindən" daha çox danışıldığı üçün bəzi qocaların tərbiyəsizliyi yaddan çıxır. Bəzi qocaların tərbiyəsizliyi uşaqların, gənclərin və yeniyetmələrin stres keçirmələrinə, özlərini güvənsiz hiss etmələrinə səbəb olur, travmatik təsir edir”.

Baki.Media xəbər verir ki, bunu araşdırmaçı yazar, fizik Yalçın İslamzadə qeyd edib. O, yaşlı nəslin azyaşlı uşaqlara davranışlarından şikayətlənib:

“Müəllif dərsdə şagirdə "savadsız köpəkoğlu" deyir. Deyirəm gedək məktəbə, ardıcıl olaraq bu və digər addımları ataq. Deyir yox, sonra müəllim mənimlə prinsip aparacaq. 
Necə aparır prinsipi? "Məsələn, Namiq şikayət eləmişdi, müəllim onu qaldırır-oturdur, sonra deyir ki, səni dərsə qaldırmıram, sənə göstərirəm ki, burda kimin sözü keçir".
60 yaşında müəllimə 11 yaşlı uşaqlarla prinsip aparır, ancaq direktoru görən ayaqları əsir.

Şənbə günü məhəllənin gəncləri futbol oynamağa çalışırdılar. Binanın yaxınlığında oynayanda ordan bir qoca qarı rusca bunlara söyərək, "burada oynamayın" deyib qovub.
Yolun baş tərəfinə keçiblər, oradan da bir qoca kişi qışqırıb ki, buradan aralaşın, yoxsa topu cıraram . Deyirəm sən uşaqların topunu cıra bilməzsən, uşaqlarla belə danışa bilməzsən. “Mən top yox, adam da cıraram. Demişəm, yaxşı eləmişəm" deyir.

Artıq elə andır ki, burada nəzakət, hörmət, uşaqlar-gələcəyimiz, bütün mövzular gücsüz qalır.

İndi bunlar guya kinoda, ədəbiyyatda gördüyümüz ağsaqqal ağbirçəklər kimi səbrlə, təmkinlə, anlayışla danışmalıdılar, ancaq balaca diktatorlardır.

Bəs bu uşaqlar nə etsin? Harada oynasınlar? Əmilər-dayılar rüşvət verib park ərazilərini, binanın böyür-başını satın alıblar.
Bir tərəfdən qocalar uşaqlara şifahi şiddət göstərir. Bir tərəfdən özləri öz aralarındakı daha zəif yoldaşlarına, "kişi deyilsən?, “kişi ağlamaz" deyirlər. Bu uşaqlara bunlar öyrədilməməli idi”.

Y.İslamzadə əlavə edib ki, gənclərə göstərilən şifahi şiddət onların bioloji gücə meyl etməsinə səbəb olur:

Cəmiyyətdə müəyyən fundamental nəzakət qaydaları, dəyərlər, elementar hörmət anlayışı olmalı, bu anlayışlar zorakılıqdan üstün tutulmalıdır:
“Deyir ki, "mənim balaca uşağım yoxdur, oğlanlarım yekədir. Bu yekə həyət də mənimdir. Top həyətə düşür, toyuqlarım ürkür".

Tipik bioloji instinktiv yaşayışdır: Daha güclüyə rüşvət verib ərazi alıb, öz ərazisində hakimiyyət qurub, avtoritardır. Ərazisindən kənardakı hər kəsi düşmən sayır, terretorial canlıdır, ictimai şüur yoxdur.

Dərsdə, ailədə, məhəllədəki şiddət fonunda gənclərin kriminal folklora, bioloji güclü olmağa meyl eləmələri gözləniləndir”.

Billurə

ƏN ÇOX OXUNANLAR

0.10850787162781