• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Cəmiyyətimizin bəlası YORĞUNLUQ SİNDROMU – Ondan necə qurtulmaq olar? 



Son illər insanlar arasında yatmaqla keçməyən yorğunluq sindromu artmaqdadır. Bu sindrom davamlı istirahətlə də aradan qalxmır.

Bəs, bu insanlar yorğunluq sindromundan necə qurtula bilərlər?

Məsələ ilə bağlı Bizim.Media-ya danışan terapevt Həsən Dadaşov bitməyən yorğunluğun simptomları və müalicə yollarından söz açıb:

“Əgər yorğunluq 2 həftədən çox çəkirsə və yaxşılaşma yoxdursa, o zaman həkimə getmək mütləqdir. Çox ehtimal ki, bu 2 səbəbdən baş verib: birincisi və ən əsası psixika, psixoloji səbəblər. Yəni insan stresdədir, gərgindir və depressiyadadır. İkinci səbəbsə orqanizmin fiziki yorğunluğudur. Bu hansısa xəstəliyin təzahürüdür. 

Bu cür insanlarda anemiya, qan azlığı, dəmir defisiti, qalxanvari vəzinin hormonal pozulmaları müşahidə olunur ki, nəticədə hipoterioz güc və enerji tamamilə azalır.

Bədəndə, beyində oksigen aclığı yaranır, zülal sayı düşür, insan yüngül fiziki hərəkətdən çox tez yorulur:

Terapevt onu da əlavə edib ki, yorğunluq sindromunu yaşayan xəstədə aşağıdakı əlamətlər də olur:

“Yuxululuq, başgicəllənmə, huşunu itirmə, dumanlanma, qulaqlarda küy, gözlərdə qarışqa gəzişməsi, təngnəfəslik, ürəkdöyünmə, yuxu pozulması və s. Məsələ burasındadır ki, anemiyası olanların 50 faizində  hipoterioz var.

Bu patologiyaları istisna etmək üçün cəmi 2 analiz lazımdır: qanın ümumi və TSH analizi. Anemiya qanın ümumi analizində, hormonal disbalans isə TSH-nəticəsində görünəcək. TSH normadan yüksəkdirsə, endokrinoloqa getmək vacibdir”.

ƏN ÇOX OXUNANLAR

0.11373209953308