• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

“Lalələr” mahnısının TARİXİ SİRRİ – Əhməd Cavadın ölməz əsərinin Nuru paşa ilə nə bağlılığı...



İllərdir dinlənilən və çox sevilən “Lalələr ” mahnnısını müxtəlif ifalarda dinləmişik. Fərqli illərdə bu mahnı Zeynəb Xanlarova, Gülağa Məmmədov, Rəşid Behbudov və s. sənətkarlar tərəfində ifa edilib. Rəsmi məlumatlara görə, Qızıl fondda saxlanılan "Lalələr" mahnısının bəstəkarı Telman Hacıyevdir. Sözləri isə şair Aslan Aslanova aiddir. Mahnı təxminən 1970-75-ci illərdə yazılıb və ifa olunub. 

Bəs, bu mahnın yazılma tarixçəsi necədir?

Bizim.Media xəbər verir ki, tarixçi alim, dosent Zaur Əliyev bununla bağlı araşdırma aparıb:

“Şair Aslan Aslanov Gəncədə olarkən dağın döşünə çıxanda hər tərəfin lalələrlə dolu olduğunu görür və bundan ilhama gələrək “Lalələr“ adlı şerini yazır. Sonra şeri Telman Hacıyevə verir ki, musiqi bəstələsin.

Bir versiyaya görə isə Lalələr mahnısı 1 may zəhmətkeşləri bayramı üçün hazırlanıb. Hər il 1 may günündə Zəhmətkeşlərin həmrəylik gününü qeyd edənlər yaxalarına lalə taxar və əllərində də lalə aparardılar. Bundan ilhamlanan Aslan Aslanov guya şeiri yazıb. 

Amma Aslan Aslanovun sonradan etirafında bildirib ki, “bu şeir Əhməd Cavada aiddir və onun şerini yaşatmaq üçün öz külliyatıma qatmışam”.

Bəli, bu şeirin müəllifi Əhməd Cavaddır. Əhməd Cavadın Xəlil Paşaya ithaf etdiyi "Röyasını görmüşdüm" şeirin və ordumuza həsr etdiyi "Ey əsgər" şeirinə nəzər salsaq, eyni dəst-xətti görə bilərik. 

Azərbaycanda bir çox xalq mahnıları var ki, onların yaranması 1918-ci ildə Azərbaycana köməyə gələn Türk ordusuna həsr edilib. Onlardan “Lalələr” mahnısı, “Dolan gəl”, “Küçələrə su səpmişəm” və sairə mahnıları bu günün özündə də daha populyardır. Azərbaycan hər bir xalq mahnısının mayasında müəyyən bir həqiqət və tarixi hadisə gizlənir. 

1918-ci ildə Azərbaycanın bir çox şəhərləri ermənilər və ruslar tərəfindən işğal edilmişdi. Şaumyan tərəfindən idarə olunan hərəkat, tamamilə xalqın məhv olunmasına yönəlmişdi. Bakıda 18 Mart-1 Aprel 1918-ci il tarixləri arasında azərbaycanlılara qarşı kütləvi qırğınlar həyata keçirilirdi, 12000 azərbaycanlı şəhid oldu. 

İşgəncə və ölümdən qaçmaq üçün insanlar şəhəri tərk etməyə başlamışdılar. İnsanlar çox çətin günlər yaşayırdı. Onlar üçün tək ümid yeri Anadolu türkləri idi. Nuru paşanın qoşunu isə Bolqarıstanda idi.

Ənvər paşadan təcili məktub gəlir ki, Qafqazda yeni bir türk qardaş dövlət yaranıb onu müdafiə etmək lazımdır. Nuru paşa əsgərlərinə müraciət edir ki, “kim istəyirsə, bizimlə həmin o qardaş dövləti qorumağa getsin, yox, kim istəmirsə, sərbəstdir çıxıb gedə bilər evinə”. 

4 ildi döyüşən,yorulmuş və əldən düşmüş bir qoşundan 1 nəfər də olsun əsgər yox demir. 25 may 1918-ci ildə Gəncəyə gələn Nuru Paşa burada ordunu hazırlamağa başlayır. Həmin illərdə indiki kimi yollara asfalt tökülməmişdi. Torpaq yollar hər dəfə yağış yağanda palçığa dönür, keçilməz olurdu.

Nuru paşa sürətlə hərəkət etməyə üstünlük verirdi. Buna görə də atlı birliklərin təşkil edilməsi üçün əmr vermişdi. Gəncə bölgəsinə axın edən minlərlə əsgər başlarındakı qırmızı rəngli fəs və fəsin ucundakı saçaqlarla uzaqdan gəlincik tarlasına bənzəyən bir görüntü yaradıb. Gəlincik Azərbaycan dilində həm də lalə deməkdir. O dövrə aid bir xatirədə yazılır:

“Yollarda cərgə ilə düzülüb addımlayan Osmanlı əsgərlərinin başlarında qırmızı fəslər var idi. Sanki yollara lalə səpilmişdi” .

Türk ordusu Azərbaycana gəldikdə xalq yola tökülür və ordunu həvəslə salamlayırdı. Əhməd Cavad isə həmin gün üçün şeir yazmışdı. Şeirin sözləri “Yazın əvvəlində Gəncə çölündə”, şəklində başlayırdı.

“Yazın əvvəlində Gəncə çölündə,

Çıxıblar yenə də dizə lalələr.

Yağışdan islanan yarpaqlarını,

Səriblər dərəyə, düzə lalələr...”

Nə vaxtdır aşiqin gözü yoldadır ,

Bir qonaq gələsiz, bizə, lalələr .

Lalələr, lalələr”

Bəli, o zaman isə Gəncənin gözü yolda idi. Gəncə əziz qonaqlarını gözləyən kimi Türk əsgərlərini gözləyirdi. “Lalələr” deyə adlandırdığı Türk əskərini, şair "Bir qonaq gələsiz, bizə, lalələr" misrasıyla Bakıya "qonaq" kimi dəvət edir. 

Gəncəlilər Nuru Paşanı qarşılayanda aşağıdakı şeiri də deyirdilər

“Qatar gəlib yan verir,

Gəncəliyə şan verir.

Gəncənin cavanları,

“Bakı!” deyə can verir.”

Gəncənin sağ sahilində Üçbulaq deyilən yerdən azca yuxarıda bir qaya var. Lalələr çiçək açanda həmin qaya qırmızı rənqə boyanır. Gəncəlilər ona Qızıl qaya deyirlər. Laləni Gəncənin simvolu da hesab etmək olar. Bunu Nuru Paşa da bilirdi və Gəncədə olanda həmin qayanı ziyarətə də getmişdi.

Nuru Paşanın tabeliyindəki ordu Gəncə və Şamaxı bölgələrini erməni, rus və ingilislərdən təmizlədi. Bununla da Bakıya daxil olarkən 15 sentyabr 1918-ci ildə minlərlə şəhid verdi.

SSRİ zamanında mahnıdakı “Bakı” sözü senzuradan keçmir. Ona görə də bu, mahnının son misrasında “Nə vaxtdır Rəşidin gözü yoldadır” formasında oxunub. Çünki “Lalələr” mahnısının məşhur ifaçılarından biri korifey sənətkar Rəşid Behbudov olub.

Dr. Mustafa Görüryılmaz  “Türk Qafqaz İslam Ordusu və ermənilər” kitabında yazır: 

“Türklərin milli sazlarından tar kimi, milli “şapka”lardan qalpaq kimi, Novruz bayramı kimi “Lalələr” mahnısı da sovet rejimində bəzilərinin xoşuna gəlmədi. Bir ara qadağan olundu. Ancaq bu mahnının sözləri 1937-ci ildə tamam dəyişdirildi”.

Bəs necə oldu ki, Əhməd Cavadın müəllifi olduğu şeir Aslan Aslanovun adına çıxdı?

O zaman Əhməd Cavad bir çox şeirlərini dostlarına saxlamaq üçün verirdi. “Susmaram” şeiri kimi. Təsadüfən də bu kağızlardan biri, “Lalələr” şeiri olanı, onun əlinə keçir. Özünün dediyi kimi bəlkə də Əhməd Cavadı yaşatmaq üçün A.Aslanov sözlərini dəyişib öz adına çıxır...

ƏN ÇOX OXUNANLAR

0.089156866073608