• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Naxçıvanda gömrük rüsumlarına güzəşt ediləcək



Naxçıvanda azad iqtisadi zonanın yaradılması Azərbaycan Prezidentinin təsdiq etdiyi "Naxçıvan MR-in sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün dövlət proqramı"nda öz əksini tapıb. Zonanın layihəsinin hazırlanmasına bu ildən başlanılacaq. Məqsəd ticarət və logistika imkanlarının genişlənməsi ilə Naxçıvan Muxtar Respublikası iqtisadiyyatının sürətli inkişafını təmin etməkdir.

Baki.media xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, Naxçıvanın bütün ərazisi üçün gömrük rüsum güzəştini nəzərdə tutan xüsusi gömrük rejiminin yaradılması da həyata keçiriləcək:

"Bu siyahıya Azərbaycanda istehsal edilən mallar daxil edilməyəcək. Proqram çərçivəsində Naxçıvan şəhərində rüsumsuz ticarət mağazalarına bərabər güzəştlərin tətbiq olunduğu Ticarət Mərkəzinin yaradılması da nəzərdə tutulur. Bu o deməkdir ki, şəhərdə daha aşağı qiymətə məhsulların satışını həyata keçirəcək ticarət mərkəzi fəaliyyət göstərəcək".

Millət vəkilinin sözlərinə görə, proqrama əsasən, hava yolu ilə Naxçıvan Muxtar Respublikasına səfər edən, Azərbaycanın digər bölgələrindən olanlar üçün idxal gömrük ödənişləri üzrə güzəşt hədlərinin və şərtlərinin müəyyən edilməsi də həyata keçiriləcək.

"Bütövlükdə, proqramla Naxçıvanda daha azad və liberal rejimə malik olan zonanın formalaşdırılması nəzərdə tutulur", - deyə V. Bayramov əlavə edib.

Könül
Baki.media

ƏN ÇOX OXUNANLAR

  • 155
Avro və rubl bahalaşdı
0.12852311134338