• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Ermənistanda Azərbaycan əsgərinə 20 il iş verildi



Ermənistanda saxlanılan Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Hüseyn Axundova 20 il həbs cəzası verilib.

"Sputnik Ermənistan”a istinadla xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, Sünik birinci instansiya məhkəməsi onu Ermənistan sərhədini qanunsuz keçməkdə və təhlükəsizlik zabitini öldürməkdə təqsirli bilib.

Xatıradaq ki, Azərbaycan Ordusunun əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu aprelin 9-da Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşüblər.

Ermənistan Müdafiə Nazirliyi aprelin 13-də Azərbaycan əsgərlərinin Ermənistanda saxlandığını etiraf edib.

Sosial şəbəkələrdə və Ermənistan mediasında ermənilərin əsir götürdükləri Azərbaycan hərbçisini döymələri, ona ağır işgəncə vermələri ilə bağlı görüntülər yayılıb.

Qeyd edək ki, Aqşin Bəbirov Sünik rayon ümumi yurisdiksiya məhkəməsinin hökmü ilə 11,5 il müddətinə azadlıqdan məhrum edilib.

O, sərhədi qanunsuz keçməkdə, dövlət sərhədindən qanunsuz olaraq odlu silah və döyüş sursatı keçirməkdə təqsirli bilinib.

Mənbə Yeniavaz.com

ƏN ÇOX OXUNANLAR

0.81112194061279