• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Özəl klinikalarda icbari tibbi sığortadan necə yararlanaq?



Günümüzdə İcbari Tibbi Sığorta ölkənin bütün dövlət xəstəxanalarını əhatə etdiyi bir vaxtda, insanları narahat edən suallardan biri də qeyd olunan sığorta növünün özəl klinikalarda hansı hallarda həyata keçməsi ilə bağlıdır.

Mövzu ilə əlaqədar açıqlama verən sığorta eksperti İlkin İbrahimov bildirib ki, qanuna görə icbari tibbi sığorta qaydaları sığorta haqları ilə formalaşdığı üçün sözügedən məsələ Xidmətlər Zərfi ilə müəyyən olunur:

“Əgər özəl klinikalar xidmətlər zərfinin siyahısı və qiymətləri ilə razılaşarsa o zaman İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi sözügedən tibb müəssisələri ilə müqavilə bağlayır. Vətəndaşların Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərə əlçatanlığını yüksəltmək məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqavilə bağladığı özəl tibb xəstəxanaların sayı hal-hazırda 132-yə çatır. Yararlanma forması isə ailə həkimin göstərişi ilə həyata keçir.

Belə ki, dövlət xəstəxanalarında müayinə və müalicələr üçün yerlərin bitdiyi təqdirdə ailə həkimi pasientlərin özəl tibb müəssisələrinə göndərilməsini məqbul hesab edir və göndəriş vasitəsi ilə onları özəl klinikalara yönləndirilir. Yalnız bu halda insanların özəl klinikalarda icbari tibbi sığortadan yararlanması mümkündür.”

Qeyd edək ki, icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində vətəndaşlara 2550 sayda tibbi xidmət göstərilir. Həmin tibbi xidmətlərdən vətəndaşlar “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) tabeliyində olan dövlət tibb müəssisələrində istifadə edə bilərlər. TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələrində müvafiq xidmətin göstərilməsi mümkün olmadığı təqdirdə Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrinə göndəriş verilir. Vətəndaş verilən göndəriş vərəqəsi əsasında özəl tibb müəssisəsinə müraciət etdikdə Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərdən ödənişsiz yararlanır.//Referans.az

ƏN ÇOX OXUNANLAR

0.094238996505737