• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Tarif Şurasının dərmanların qiymətinə müdaxiləsi iqtisadiyyat prinsiplərlərinə ziddir - Reallıq



“Tarif Şurasının dərman maddələrinin qiymətinə müdaxilə etməsi bazar iqtisadiyyatının prinsiplərinə zidd hesab olunur”. 

Bunu Valyuta.az-a açıqlamasında professor Adil Qeybulla “Dərman vasitələri haqqında” Qanuna ediləcək dəyişikliklərdən danışarkən deyib. Professsorun fikirincə, yaranmış vəziyyətdə bu məcburi bir addım ola bilər:

“Əgər biz dərman maddələrini idxal ediriksə, onun ölkəyə daxil olan maya dəyəri, yəni bunun üzərində nəqliyyat, gömrük xərcləri, əlavə dəyər vergisi və s.  daxildir. Bütün bunlardan sonra isə sahibkarın gəlirinin həddi müəyyənləşə bilər ki, dərman maddəsinin üzərinə nə qədər vəsait qoya bilər. Bu hədd müəyyənləşməlidir ki, vəziyyətdən istifadə halları olmasın”.

Adil Qeybulla hesab edir ki, bunları hansısa formada bazar tənzimləməlidir:

“Hər hansı dərman maddələrinin alternativləri var, yerli istehsal burada məsələyə qarışa bilər, odur ki, bu işləri yavaş-yavaş tənzimləmək mümkündür. Məsələnin inzibati yolla tənzimlənməsinə gəldikdə maya dəyərinin üzərinə konkret bir rəqəm qoyula bilər ki, bu da onun maksimal həddi deməkdir. Bu həddi kimsə aşa bilməz, nəzarət mexanizmi də bu cür aparılacaq”.

Qeyd edək ki, “Dərman vasitələri haqqında” Qanuna dəyişiklik edilməsi gözlənilir. Azərbaycanda dövlət qeydiyyatına alınan dərman vasitələrinin qiymətləri bütün apteklərdə yenidən fərqli qiymətlərə satıla bilər. 

ƏN ÇOX OXUNANLAR

0.082204818725586