- 5
ENDİRİLİR
ENDİRİLİR
Azərbaycanda dövlət büdcəsindən maliyyələşən qurumlarda korrupsiyaya qarşı başladılan mübarizə davam etməkdədir. Üç il əvvəl hüquq mühafizə orqanlarının rayon İcra Hakimiyyətlərində, müxtəlif nazirlik və digər təşkilatlarda keçirdikləri xüsusi əməliyyatlar cəmiyyət tərəfindən də məmnunluqla qarşılandı.
Hüquq mühafizə orqanlarının tv-lərdə və mətbuatda verdikləri məlumatlarda əməliyyat keçirilən icra hakimiyyətlərində və digər rəsmi qurumlarda dövlət vəsaitlərinin müxtəlif yollarla hansı formada mənimsənilməsi açıq-aydın göstərilirdi.
Həmin məlumatlarda rayon icra hakimiyyəti başçılarının bilavasitə rəhbərliyi ilə rayonlarda inşa edilən obyektlərdən rüşvət yığılması, rayonun abadlaşdırılması üçün ayrılan dövlət vəsaitlərinin mənimsənilməsi xüsusi yer tuturdu.
AzFakt.com xəbər verir ki, bəzi icra hakimiyyətilər hələ də “köhnə qayda” ilə işləyirlər.
Məlumata görə rüşvət və korrupsiyanın at oynatdığı iddia edilən rayonlardan biri də Yevlax rayonudur.
Belə ki, Yevlax rayonunun mərkəzi küçələrinin yenilənməsi, şəhərin abadlaşdırılması və köhnə binaların restavrasiya məqsədilə büdcədən ayrılan vəsaitlərin rayon icra hakimiyyətinin vəzifəli şəxsləri tərəfindən mənimsənildiyi iddia edilir.
Məlumata görə Yevlax rayon İcra Hakimiyyətinin və Yevlax rayon İcra Hakimiyyətinin başçısının Yevlax şəhər nümayəndəliyin, eləcə də Yevlax şəhər Kommunal Təsərrüfatı İstehsalat Birliyinin keçirdikləri tenderlərdə vəsaitlər mənimsənilir. Tenderlərdə aparılan bu əməliyyatlara isə Başçının müavini Şəhər təsərrüfatı şöbəsinin müdiri İlqar Hüseynovun nəzarət etdiyi iddia edilir.
İlqar Hüseynovun Yevlax rayon İcra Hakimiyyəti başçsının hazırda vakant olan digər müavinlərinin də səlahiyyətlərini mənimsədiyi iddialar arasında yer alır.
Onu da qeyd edək ki, İlqar Hüseynovun Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı departamentinin rəisi Rafail Mehralıyevin yaxın qohumu olduğu, bu vəzifəyə də onun vasitəsilə gətirildiyi deyilir.
Xatırladaq ki, Prezident İlham Əliyev cənabları Şəmkir və Cəlilabad rayon İcra Hakimiyyətlərinin başçılarını qəbul edərkən vəzifəli şəxslərin yaxın ətraflarının, qohum-əqrabalarının adlarına şirkətlər açaraq büdcə pullarıın mənimsəmələrini vurğulamışdı.
Qeyd edək ki, Yevlax rayon İcra Hakimiyyətinin başçısı Anar Tağıyevdir.
O, bu vəzifəyə 2019-cu ilin oktyabr ayının 31-də təyin edilib.
Mənbə AzFakt.com