- 11
ENDİRİLİR
ENDİRİLİR
Bu ilin may ayında həbsdən azad edilən "Yeni Klinika” Publik Hüquqi Şəxsin keçmiş direktoru Pərviz Abbasovun görüntüləri yayılıb.
Metbuat.az xəbər verir ki, teleaparıcı Hacı Nuran Hüseynov 2 ay əvvəl azadlığa buraxılan P. Abbasovla fotolarını paylaşıb.
Xatırladaq ki, Pərviz Abbasov 2021-ci ilin aprelin 22-də Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs olunub. O, bir qrup şəxslə əlbir olaraq koronavirusa yoluxmuş xəstələrin klinikada müalicə alması müqabilində külli miqdarda rüşvət almaqda ittiham olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Pərviz Abbasov Cinayət Məcəlləsinin 311.3.2 (rüşvət alma təkrar törədildikdə) və 32.5, 311.3.2-ci (təkrar rüşvət almaya köməklik etmə) maddələri ilə təqsirli bilinərək 8 il 6 ay azadlıqdan mərhum edilib. Bakı Apellyasiya Məhkəməsi cəzanı 5 il 6 aya, Ali Məhkəmə 3 ilə endirib.