• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Vasif Talıbova məxsus olduğu deyilən şirkət cərimələnə bilər



Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun qeyri-rəsmi sahibi olduğu “Cahan Ticarət” MMC inzibati qaydada cərimə edilə bilər.

Valyuta.az-ın məlumatına görə, şirkət barəsində protokol tərtib edilib və İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə (İcbari sığorta müqaviləsinin bağlanmaması) irəli sürülüb.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsinə əsasən, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər 500 manat məbləğində, vəzifəli şəxslər 1 500 manat məbləğində, hüquqi şəxslər 5 000 manat məbləğində cərimə edilir.

İşə Bakı şəhəri Naxçıvan Şəhər  Məhkəməsində baxılır. İddia  hakim Gülnar Səfərəliyevanın sədrliyi ilə araşdırılacaq.

ƏN ÇOX OXUNANLAR

0.033693790435791