- 3
ENDİRİLİR
ENDİRİLİR
“Azəristiliktəchizat” ASC-nin “Xüsusi texnika və nəqliyyat vasitələri üçün ehtiyyat hissələrinin satın alınması” ilə bağlı elan etdiyi tender başa çatıb.
Tenderin qalibi “AVTO TEXNİKA DETALİNG” MMC olub. Tərəflər arasında 788.948 AZN-lik müqaviləyə imza atılıb.
Əldə etdiyimiz məlumata görə, qalib şirkətin dövlətə vergi borcu mövcuddur. Belə ki, “AVTO TEXNİKA DETALİNG” MMC-nin hazırki vergi borcu 4509.21 AZN təşkil edir.
Bildirək ki, nizamnamə kapitalı 20 AZN olan “AVTO TEXNİKA DETALİNG” MMC-nin qanuni təmsilçi Teymur Müslümov Əkrəm oğludur.
Qeyd edək ki, “Dövlət satınalmaları haqqında” Qanun vergi borcu olan şirkətlərin, şəxsin tenderdə iştirakını qadağan edir.
Xatırladaq ki, “Azəristiliktəchizat” ASC-nin sədrinin vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyevdir.
Mənbə 32gun.az