• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Xanlar Vəliyev “Tərtər işi”ndən danışdı: "Çox ciddi fiziki zorakılıq tədbirləri həyata keçirilib"



Hərbi prokuror Xanlar Vəliyev bu gün jurnalistlərə açıqlamasında “Tərtər işi” zamanı işgəncə verilən hərbçilərin sayını açıqlayıb.

MillətinSəsi.info "qafqazinfo.az"a istinadla xəbər verir ki, X.Vəliyev qeyd edib ki, təkcə işgəncə işi üzrə 102, ya da 103 nəfərə qarşı müxtəlif formada fiziki zorakılıq tədbirləri həyata keçirilib:

“Demək istədiyim odur ki, yalnız təqsirləndirilən şəxslər deyil, digər insanlara qarşı da işgəncə halları olub. Onu da deməliyəm ki, biz istintaq dövründə bəzi şəxsləri məsuliyyətə cəlb etmişdik, ancaq sonra müəyyən etdik ki, həmin adamların günahı yoxdur. Ona görə də onların barəsində cinayət işinə xitam verildi. Hərbi Prokurorluq obyektiv olmağa çalışıb və zənn edirəm ki, buna nail olub”.

Hərbi prokurorun sözlərinə görə, torpaqlarımız işğaldan azad ediləndən sonra ermənipərəst insanlar içimizdə olan erməni xislətli şəxslərdən istifadə edərək bu məsələni tamamilə əsassız şəkildə gündəmə gətirməyə cəhd edib.

X. Vəliyev “Tərtər işi” haqda çıxışlar edən, siyasi mühacir Qurban Məmmədov barədə də danışıb: “Qurban Məmmədov və onun kimilər bu gün də hələ ermənilərin "maşa"sıdır. Onun kimilər başa düşmür ki, onların deməyi ilə deyil.
Qurban Məmmədov özü hüquqşünasdır və çox gözəl bilir ki, hər bir ölkədə, o cümlədən Azərbaycanda hər şey qanunla həll edilir. Mən izah etdim, cinayət işi başlanılıb, təqsirli hesab edilən şəxslər məhkəmə məsuliyyətinə verilib və Azərbaycanda mövcud olan bütün məhkəmə instansiyalarında bu işlər araşdırılıb. Sonda belə qərara alınıb ki, istər dövlətə xəyanətdə ittiham olunan, istərsə də həmin şəxslərə və digər insanlara qarşı qanunsuz işgəncə verənlər haqqında çıxarılmış hökmlər qanunidir.

Söhbət təkcə cinayətlərin ağırlığından getmir, bu, hər bir azərbaycanlı üçün qara ləkədir.
İndi kimlərsə razılaşmaq istəmir ki, onların övladları bu ləkənin sahibidir. Onlar bu ləkənin sahibi olan övladın valideyni olmaq istəmir. Amma nə etmək olar? Əvvəllər də belə hallar olub, həmin şəxslərə qarşı da tədbirlər görülüb. Belə olmasaydı, Azərbaycan Ordusu təmizlənməsəydi, onda biz çox pis vəziyyətdə qalardıq. Bəlkə də bu qələbəni də qazana bilməzdik”.

Bundan başqa, Hərbi Prokuror Xanlar Vəliyev "Tərtər işi" ilə bağlı açıqlama verib. Xanlar Vəliyev bildirib ki, onlara daxil olan məlumat əsasında 2017-ci ilin may ayında cinayət işi başlanıb:

"İstintaq zamanı bir neçə adamın dövlətə xəyanət etdiyi sübut olundu və onlara ittiham verildi, məhkəmə məsuliyyətinə cəlb olunmaları üçün haqlarında ittiham aktları ilə birlikdə cinayət işləri məhkəmələrə göndərildi. Məhkəmələr tərəfindən təqsirləndirilən şəxslərə hökm çıxarıldı. Sonra həmin hökmlərdən apellyasiya və kassasiya şikayətləri verildi. Göstərilən şəxslərin həmin cinayətləri törətməsi barədə verilmiş hökmlərin əsaslı və qanuni olduğu müəyyən olunduğundan hökmlər qüvvədə saxlanıldı.

Bununla yanaşı, Hərbi Prokurorluq tərəfindən aparılan istintaq zamanı müəyyən olundu ki, istintaqdan bir neçə gün öncə dövlətə xəyanətdə şübhəli bilinən ayrı-ayrı şəxslərə qarşı qanundankənar çox ciddi fiziki zorakılıq tədbirləri həyata keçirilib. Nəticədə biz cinayət işi başlayanadək bir nəfər şəxs vəfat etmişdi. Mən şəxsən özüm, eləcə də baş prokurorun birinci müavini Rüstəm Usubov, Hərbi Prokurorun müavini Şəfahət İmranov, idarə rəisi, baş prokurorun köməkçisi ilə birlikdə həmin hərbi hissəyə getdik.

Biz müəyyən etdik ki, həmin hərbi hissədə kütləvi şəkildə hərbçilərə qaşrı qeyri-qanuni formada işgəncə tədbirləri həyata keçirilir. Mənim tələbimdə Müdafiə Nazirliyinin Tibb xidmətindən gələn böyük bir briqada həkimləri ordakı şəxsləri müayinə etdi. Çox ciddi fiziki zorakılıq tədbirlərinə məruz qalanlar Mərkəzi Hospitala yerləşdirildilər.

Həmin adamların böyük bir qisminin həyatı xilas edildi. İşgəncə faktı ilə bağlı cinayət işi başlandı və 16 nəfər müxtəlif vəzifəli şəxslər məsuliyyətə cəlb edildi. Sonra barələrində müxtəlif uzunmüddətli azadlıqdan məhrum etmə ilə bağlı hökmlər verildi. Onların hökmdə verdikləri şikayətləri apellyasiya və kassasiya instansiyaları təmin etmədi. Birinci Qarabağ müharibəsində şəhid olan naməlum şəxslərin məzarlarıyla əlaqədar iş aparılır, ekspertizalar təyin olunur”.


X. Vəliyev deyib ki, ekspertizanın bir hissəsi Moskvada ekspertiza institutlarında həyata keçirilir: “Ekspertizanın bir hissəsinin nəticələri olub, digərləri isə davam edir. Çünki bu, asan iş deyil. Burada çoxsaylı insanın gen ekspertizası həyata keçirilməlidir. Onların da bəzilərinin valideynləri həyatda deyil, ona görə də gərək uyğun olaraq digər qohumlar tapılsın, onlardan nümunələr götürülsün. Burada söhbət bir neçə min insandan gedir. Yəni, işin həcmi böyük olsa da, proses davam edir. Nəticələr də var”.

ƏN ÇOX OXUNANLAR

0.13156986236572