• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Əsrə bərabər gün



Vaqif Abdullayev yazır,
Siyasi elmlər doktoru, professor

Xalqımız öz tarixinin ən parlaq və qürurverici səhifəsi olan 8 Noyabr – Zəfər Gününün ildönümünü yaşamaqdadır.

Bir il əvvəl Azərbaycanın rəşadətli Ordusu Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin Möhtəşəm Qətiyyəti və Gücü ilə Ermənistanın işğalçılıq siyasətinə qarşı sentyabrın 27-dən başlatdığı Vətən müharibəsini parlaq qələbə ilə başa çatdırdı.

Müzəffər Ordumuzun Vətən savaşında qazandığı parlaq qələbə ilə 30 ildir ki, xalqımızın həsrətlə gözlədiyi torpaq həsrətinə son qoyuldu, 30 il əvvəl yaşanan kədər sona çatdı! 30 illik arzularımız, xəyallarımız, yuxularımız gerçəyə çevrildi!

Gözlədiyimiz o möhtəşəm tarixə qovuşduq, düşmən üzərində böyük qələbənin əldə edilməsi ilə Azərbaycan son 200 illik tarixi missiyasını şəfərflə yekunlaşdırdı, haqq-ədalət yerini tapdı.

44 gündə qazanılan möhtəşəm Zəfər Azərbaycanın tarixində açdığı silinməz səhifənin parlaq salnaməsinə çevrildi.
Bu Parlaq Zəfərin memarı, Azərbaycan tarixinə qızıl hərflərlə yazan Ali Baş Komandanımız İlham Əliyev və Şanlı Ordumuz, müdrik Xalqımız bu günü sevinclə, qürurla qeyd edir.

Vətən müharibəsində şəhid olmuş qəhrəman oğullarımızın ruhu qarşısında baş əyir, qazilərimizə şəfa diləyir, bir daha Zəfər günü münasibəti ilə təbriklərimi çatdırıram.
Bu Şanlı Qələbə münasibətilə Azərbaycan xalqını təbrik edirəm!

ƏN ÇOX OXUNANLAR

0.07541298866272