• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Füzuli Ələkbərova məxsus olduğu deyilən şirkətin 11 min vergi borcu var



“İmprotex Motors” şirkətinin vergi borcu yaranıb. 

Valyuta.az xəbər verir ki, şirkətin bu günə olan vergi borcu 11 942,70 AZN-dir. 

“İmprotex Motors” MMC keçmiş nazir Füzuli Ələkbərovun şirkəti kimi tanınır. 

Onu da qeyd edək ki, bir müddət öncə İtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetində "Improtex Group" MMC-yə daxil olan “İmair Aviakompaniyası” MMC, "İminteks-Tikinti Quraşdırma" MMC, "İmproteks-Prodakşn" kiçik müəssisəsi, "İmproteks-Kommers" kiçik müəssisəsi və "İmprotex Transexpress" MMC ləğv olunduğu  elan olunmudu.

Məlumatda deyilir ki, ilk 3 şirkətin kreditorları tələblərini 2 ay ərzində Bakı şəhəri, Nizami rayonu, Özbəki̇stan küçəsi, ev 23, son 2 şirkətin kreditorları isə Bakı şəhəri, Nizami rayonu, Mayakovski̇ küçəsi, ev 23 ünvanına bildirə bilərlər.

Xatırladaq ki, sözügedən şirkətlər qrupu  keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərova məxsusdur. O, nazir işlədiyi müddətdə holdinqə onun həyat yoldaşı - İradə Ələkbərova rəhbərlik edib.

Füzuli Ələkbərov 2006-2013-cü illərdə əmək və əhalinin sosial müdafiəsi naziri olub. 

ƏN ÇOX OXUNANLAR

0.1260199546814