• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Tanınmış psixiatır Vüqar Qaziyevə xəstə valideynindən MİNNƏTDARLIQ



Gözlənilmədən oğlum psixoloji sarsıntılar keçirmişdi, həkim müdaxiləsinə zərurət yaranmışdı. 

Çox nevropotoloqların, psixiatırların qapısını döyməli oldum. Lakin müraciət etdiyim həkimlərin hamısı bir nəfər kimi xəstənin psixiatır Vüqar Qaziyevə göstərməyi tövsiyə edirdilər. Vüqar doktorun şöbə müdiri işlədiyi Sabunçu rayon xəstəxanasına yollandıq. Qapısının önündə çoxlu sayda xəstələr növbə gözləyirdilər. Növbəmiz çatdı, doktor bizim xəstəni də qəbul elədi. 

İlk görüşdə onun çöhrəsindəki Allah nurunu, sadəliyini, səmimiyyətini , eləcə də Azərbaycan kişisinə xas olan zəhminini görəndən sonra ürəyimizdə ümid çırağı şölələndi. Hiss etdim ki, doktor Vüqar Qaziyev vətənini, xalqını canı, qanı qədər sevən, qapısına pənah gətirən xəstələrin kimliyinə fərq qoymayan namuslu, həmçinin savadlı, səriştəli və sanballı həkimdir. Onun ilk müalicəsi xəstəni diqqətlə dinlədikdən sonar ona verdiyi təsəlli oldu. “Narahat olma, sənin sağlamlığında heç bir ciddi problem yoxdur, mövcud sindromlar da lap yaxın vaxtlarda ötüb keçəcək, anadan dogma olacaqsan”.

Onun xəstəyə verdiyi necə deyərlər ürək-dirək xəstənin əhval ruhiyyəsini xeyli yüngülləşdirdi, xəstədə də, bizdə də təbəssüm, xəstəmizin tezliklə sağalacağına inam yaratdı. Doktor Vüqar Qaziyevin üğurlu təyinatı üzrə müalicəyə başladıq və nəzərdə tutduğumuz zamandan da xeyli əvvəl xəstəmiz tam sağaldı, yenidən həyata qayıtdı.   

Hörmətli doktor, izn verin oğluma bəxş etdiyiniz ikinci sağlam ömür payına görə  öz adımdan, doğmalarım və yaxınlarım adından Sizə təşəkkür borcumu verim, qoy Ulu Yaradanımız xalqımızın sağlamlığı naminə Sizə əbədi cansağlığı, dağlar ömürü nəsib etsin, sizi qorusun. Amin!

Şeyx babamız Nizami Gəncəvi aşağıdakı misralarını, doktor sanki Sizin xeyirxah əməllərinizə ithaf etmişdir:

“Çalış ki, xalqının işinə yara,

 Geysin əməlindən ellər zər- xara”

Doktor, məmləkətimizin duzu, suyu, çörəyi, havası sizə halal olsun!

Siz doktor deyil,  loğmansınız.

Sizin uğurlu təyinaınızla yüzlərlə xəstə şəfa, xəstəlik ucbatından dağılmaağa məruz qalan çoxsaylı ailələr nicat tapıb. Onlardan biri də mənim oğlumdur. Qayğı və diqqətinizi heç zaman unutmayacağıq, boynumuzda haqqınız var, həmişə adınızı uca, xatirənizi uca tutacağıq.

 

Vaqif Hümmətov

 Sağlamlığına qovuşan xəstənin atası

ƏN ÇOX OXUNANLAR

0.1794171333313