• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Hərbi maşın minaya düşdü – 2 hərbçi şəhid oldu



Sentyabrın 24-ü saat 17:35 radələrində Azərbaycan Ordusuna məxsus KamAZ markalı hərbi nəqliyyat vasitəsi minaya düşüb.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Məlumata görə, mövqelərimizin təminat yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış tank əleyhinə minanın partlaması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Şadmanov Əkrəm Yunis oğlu və Seyidov Tural İslam oğlu şəhid olub.

“Digər hərbi qulluqçumuz Əliyev Elvin Taleh oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq yaralanıb. Yaralı hərbçimizə ilkin tibbi yardım göstərildikdən sonra o, dərhal yaxınlıqdakı hərbi tibb müəssisəsinə təxliyə edilib. Vəziyyəti stabildir, həyatı üçün heç bir təhlükə yoxdur”, - məlumatda qeyd edilib.

Qeyd edək ki, ötən gündən sosial şəbəkələrdə "N" saylı hərbi hissənin qərargah rəisi, polkovnik-leytenat Şadmanov Əkrəm Yunis oğlunun mina partlayışı nəticəsində şəhid olması barədə məlumat yayılıb.

ƏN ÇOX OXUNANLAR

0.079425096511841