• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Xankəndidə baş verən partlayış nəticəsində 200-dən çox insan xəsarət alıb: Bakıdan Xankəndiyə tibbi yardım göndərilib



Xankəndi yaxınlığındakı yanacaqdoldurma məntəqələrindən birində güclü partlayış olub.

Ermənistan mediasında yayılan məlumata görə, təxminən 10 tonluq yanacaq çəni partlayıb.

Rusiya sülhməramlı kontingentinin (RSK) həkimləri Xankəndi yaxınlığında yanacaqdoldurma məntəqəsindəki partlayış nəticəsində xəsarət alanlara yardım edirlər. Hadisənin təfərrüatları açıqlanmır.

Xankəndi-Əsgəran yolunda benzin anbarında baş vermiş partlayış nəticəsində 200-dən çox insan xəsarət alıb.

Məlumata görə, yaralıların əksəriyyətinin vəziyyəti ağır və ya son dərəcə ağır olaraq qiymətləndirilir.

Bildirilir ki, mövcud tibbi imkanlar lazımi xidmətin təşkili üçün kifayət etmir.

Sentyabrın 25-də Xankəndi şəhəri yaxınlığında yanacaqdoldurma məntəqəsində baş verən partlayışla əlaqədar yaralanan şəxslərə yardım məqsədilə ilkin olaraq 200 nəfərin müalicəsi üçün yanığa qarşı tibbi ləvazimatlar, sarğı materialları, əlcəklər, dərman preparatları (spreylər, kremlər, ağrıkəsicilər, antibiotiklər və s.) daşıyan təcili tibbi yardım maşını Ağdam-Əsgəran-Xankəndi yolu vasitəsilə yola salınıb.

Bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məlumatında qeyd edilib.

ƏN ÇOX OXUNANLAR

0.099618196487427