• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Eldar Həsənovla bağlı qərar dəyişmədi



Azərbaycanın keçmiş Baş prokuroru Eldar Həsənovla bağlı 10 illik azadlıqdan məhrum etmə qərarından verilmiş kassasiya şikayətinə baxılıb.

“Qafqazinfo.az" xəbər verir ki, Ali Məhkəmədə keçirilən iclasda məhkum şəxsin vəkili çıxış edərək müvəkkilinə bəraət verilməsini istəyib.

İttiham tərəfi isə əvvəlki qərarda hər hansı qanun pozuntusu olmadığını əsas gətirərək şikayətin rədd edilməsini tələb edib.

Rəşad Abdulovun sədrlik etdiyi hakimlər heyəti tərəflərin fikrini öyrəndikdən sonra qərar qəbul edib.

Qərara əsasən şikayət əsasız sayılaraq təmin edilməyib.

Qeyd edək ki, Eldar Həsənov 2020-ci ildə həbs edilib.

O, Azərbaycanın Rumıniya, Serbiya, Bosniya və Herseqovina və Monteneqroda fövqəladə və səlahiyyətli səfiri kimi fəaliyyət göstərdiyi 2010-2020-ci illərdə 18 milyon manata yaxın pul vəsaitini mənimsəməkdə ittiham olunub. Bundan başqa o, cinayət yolu ilə əldə edildiyini bilə-bilə 12 milyon manata yaxın pulu leqallaşdırmaqda ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Eldar Həsənov 10 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

Xatırladaq ki, Eldar Həsənov 1995-2000-ci illərdə Azərbaycanın Baş prokuroru olub.

ƏN ÇOX OXUNANLAR

0.07215690612793