• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Azərbaycanın təhsil sistemi niyə ölkə iqtisadiyyatının ehtiyacları ilə uyğun gəlmir?



Milli Məclisin Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər, Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin 2023-cü il 6 noyabr tarixli birgə iclasında 2024-cü ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deputat Asim Mollazadə bildirib ki, Azərbaycan təhsil sistemi bu gün ölkə iqtisadiyyatının ehtiyacları ilə uyğun gəlmir.

"Bu məsələlərə ciddi baxılmalıdır. Həm ali təhsil, həm də peşə təhsili istiqamətində ciddi işlər görülməlidir" – millət vəkili əlavə edib.

Valyuta.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov da bildirir ki, Azərbaycan təhsil sistemi ölkənin iqtisadi fəaliyyət və marağına adekvat deyil:

“Təhsil sistemi ölkə iqtisadiyyatına pul gətirmək və vətəndaş yetişdirmək formatını yerinə yetirir. Azərbaycanın təhsil ocaqlarının hamısı dövlət büdcəsindən asılıdır. Hər gün 2,2 milyon nəfər müxtəlif təhsil pillələrində təhsil almaq üçün təhsil müəssisələrinə gedir. Dövlət də onların hamısına pulsuz təhsil verir, əvəzində isə heç nə qazanmır. 

Vətəndaş, kadr yetişdirmək məsələsində də problemimiz var. Necə ola bilir ki, yerli ali təhsil müəssisələrin məzunlarını imtahanla işə qəbul edirik, amma xarici ölkədə oxuyanları imtahansız. Deməli öz ali təhsil müəssisələrimiz və məzunlarımıza etibar etmirik. Təhsilin saxlanılmasına bu il 4,4 milyard manatpul xərclənəcək. Lakin bu pullar geri qayıtmır”. 

 

Ekspert qeyd edir ki, ölkənin təhsil müəssisələri özləri özlərini saxlamaq iqtidarında deyil:

“Ali təhsil müəssisələri məzunlarının cəmi 42 faizi ixtisası üzrə işləyə bilir. Bu isə o deməkdir ki, keyfiyyət 50 faizin altındadır. Məhsul istehsal edə bilmirik. Təhsili də pulla alırıq. Deməli, Azərbaycan təhsili ölkə iqtisadiyyatına adekvat deyil”.

Yaranmış vəziyyət həmsöhbətimizə görə, əmək bazarı ilə universitetlər arasında kommunikasiya və körpünün olmamasından qaynaqlanır:

“Onlar ayrı-ayrı yollarla gedir. Ona görə də universitetlərin tədris proqramı, materiallar dəyişməlidir”.

ƏN ÇOX OXUNANLAR

0.07951021194458