• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

"Səhv edibsə, üzr istəməlidir, başqa yolu yoxdur, yerini bilməlidir" - Xalq artisti



"Üzr istəmək də bir mədəniyyətdir" ifadəsini hamımız eşitmişik. Təəssüf ki, bu mədəniyyət son zamanlarda sanki yoxa çıxmaqdadır.

İnsanlar nədənsə üzr istəməməyi, qürur və qətiyyət göstəricisi kimi başa düşür. Bu da təbii ki, mövcud səhvlərin və gərginliyin aradan qaldırılmasında problem yaradır.

Üzr istəmək mədəniyyəti digər mədəniyyət növləri kimi ailə içərisində öyrədilir, formalaşdırılır. Əfsus ki, bu gün bir çox inan övladına üzr istəməyi öyrətmir.

Üzr istəməyin insanın özünü alçaltması düşüncəsində olan xeyli sayda insanlar var.

Bəlkə də bu problem artıq narahatlıq doğurduğundandır ki, bu gün dərsliklərdə "sehrli sözlər", "nəzakətli sözlər" adı altında mövzu kimi öyrədilir.

Mövzu ilə bağlı Ölkə.Az-a danışan Xalq artisti Mənsum İbrahimov deyir ki, normal tərbiyə görmüş insanlar üzr istəməkdən çəkinmirlər. O bunun problem kimi mövcud olmasının ailədən qaynaqlandığını düşünür:

"Üzr istəmək birinci növbədə insanın böyüdüyü, tərbiyə aldığı ailədən gəlir. Üzr istəmək böyüklükdür. Əgər bir insanın yanlış hərəkəti, səhvi varsa, əlbəttə, o, üzr istəməlidir. Üzr istəmək o adama ancaq şərəf, başucalığı gətirər. Bu insanlar arasında həm də mehribanlıq yaradır. Ona görə də bu, ailədən, məktəbdən, tərbiyədən irəli gələn məsələlərdir. Üzr istəyən insanın bunu etməklə özünü alçaltdığını düşünməsi tamamilə yanlışdır. Ailə tərbiyəsi, mədəniyyəti görmüş normal uşaqlar heç vaxt belə səhvə yol verməzlər. Biz övlad böyüdəndə ona düzgünlüyü öyrədirik. O bilməlidir ki, səhv edibsə, üzr istəməlidir. Bunun başqa bir yolu yoxdur". 

Xalq artisti "səhv onda da olsa, o böyükdür, sən üzr istə" yanaşmasına da münsibət bildirib:

"Bizdə hər zaman deyirlər ki, kiçik böyüyün ayağına gedər. Bu da mentalitetə bağlı olan məsələdir. Böyüklərimiz bəzən rəsmən üzr istəməsə də, öz əməli ilə, öz münasibəti ilə bunu göstərir. Jesti ilə bildirir ki, peşmandır. Amma təbii ki, ilk növbədə kiçik kiçikliyini etməlidir. Bu bizim mədəniyyətimizdən irəli gəlir. Çünki həmişə böyüklə kiçiyin yerini biləndə bu bizə bşucalığı gətirir". 

Billurə Yunus

ƏN ÇOX OXUNANLAR

0.077172994613647