• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Restoranda kişi ailəli olan xalası qızına “evlilik təklifi” edən şəxsi bıçaqladı



Bakı Ağır Cinayətlər Məhkəməsində xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Xəlil Bəşirovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü o, 6 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə 07 aprel 2023-cü il tarixdə, saat 23:00 radələrində Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsində fəaliyyət göstərən “Xan Çinar” restoranında yerləşən otaqların birində qeydə alınıb. Xəlil Bəşirov xalası qızının qaynanasının iş yoldaşı, zərərçəkmiş Səməd Tahirovla mübahisə edib. Belə ki, təqsirləndirilən şəxs ailəli olan xalası qızı ilə zərərçəkmiş arasında sevgi münasibətlərinin olmasından şübhələnib. Bu zaman o, otaqda xuliqanlıq niyyəti ilə Səmədin sifət nahiyəsinə bıçaqla, baş nahiyəsinə isə bıçağın arxa hissəsi ilə zərbələr vurub. Daha sonra Xəlil otaqdan çıxaraq həmin bıçaqla zərərçəkmiş şəxsin bədən nahiyəsinə zərbələr endirərək ona sağlamlığına ağır xəsarətlər yetirib. Hadisədən sonra Xəlil Bəşirov saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib. Məhkəmə istintaqında Xəlil Bəşirov ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilib. O ifadəsində göstərib ki, cinayət hadisəsi onun evli olan xalası qızına görə baş verib. Belə ki, zərərçəkmiş Səməd Tahirov onun xalası qızının qayınanasının iş yoldaşıdır. Onun sözlərinə görə, Səməd xalası qızını ərindən ayrılmağını, özünün də arvadından ayrılacağını bildirərək qadınla birlikdə ailə həyatı qurmağı təklif edib. Xalası qızı zərərçəkmişin bu təklifini rədd edib və ona bu barədə məlumat verib. Xəlil də Səmədin xalası qızına bu cür təklif etdiyini öyrəndikdən sonra zərərçəkmişə zəng edərək onu restorana görüşə çağırıb. O, Səməddən onun məqsədinin nə olduğunu soruşub. Səməd isə ona öz arvadından boşandıqdan sonra onun xalası qızı ilə evlənəcəyini deyib. Buna görə də Xəlil əsəbiləşərək zərərçəkmişi bıçaqlayıb.

Zərərçəkmiş ifadəsində Xəlilin xalası qızı ilə danışmadığını, ona evlilik təklif etmədiyini bildirib. Eyni zamanda, şahid qismində dindirilən təqsirləndirilən şəxsin xalası qızı da Səmədlə danışmadığını, onların arasında sevgi münasibətlərinin olmadığını söyləyib.

ƏN ÇOX OXUNANLAR

0.12000298500061