• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

İllərini sənətə verirlər, 40 yaşından sonra işsiz qalırlar: "Yazıq deyilmi onlara?"



"Xoreoqrafiya sənətiylə məşğul olan milli rəqqaslar və ya klassik balet artistlərinin səhnə fəaliyyəti 20 il olmalıdır, daha sonra onlar təqaüdə çıxmalıdır".
 
Bunu Qaynarinfo-ya açıqlamasında rəqqas-xoreoqraf Şəhriyar Cəfərov deyib. 

Rəqqas bildirib ki, Azərbaycanda xoreoqrafiya sənətinə aid bir tədris müəssəsi var:

"O da Xoreoqrafiya Akademiyasıdır. Orada da hər kəs müəllim olaraq gedib işləmək istəmir. Çünki maaş azdır və ya müəllim olma ehtimalı yoxdur. Bu sənəti icra edən yüzlərlə mütəxəssis var ki, onlar səhnə fəaliyyətlərini bitirdikdən sonra boşluqda qalırlar. Milli rəqqaslar, ifaçılar özfəaliyyət dərnəklərində müəllimlik etməyə məcbur olurlar. Əlbəttə ki, hamısına iş yoxdur, balet artistləri isə ümumiyyətlə Xoreoqrafiya Akademiyasından başqa müəllimlik edəcək bir tədris müəssəsi tapa bilmirlər. Çünki Azərbaycanda özəl balet dərnəkləri və məktəbləri yoxdur".

Şəhriyar Cəfərovun fikirlərinə görə, hər kəs müəllim və xoreoqraf, məşqçi işləyə bilməz: 

"Yüz kişidən 10-u, ya da uzağı 20 nəfəri bu işdə uğur qazana bilər. Bəs, bu sayda rəqqaslar, xoreoqrafiya sənətinə illərcə xidmət etmiş ifaçıların aqibəti necə olsun? Bunu niyə düşünən, dərk edən bir baş yoxdur? Axı, onlar bu səviyyəyə çatana kimi illərini verir. Yazıq deyilmi onlara?".
 
Şəhriyar Cəfərov illərlə aktual olan problemin hələ də həllini tapmadığını qeyd edib. 

ƏN ÇOX OXUNANLAR

  • 28
Rusiyada zəlzələ olub
0.10136198997498