• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Bu iki kənd artıq Azərbaycandadır - Paşinyan



Bakının tələb etdiyi iki kənd artıq Azərbaycanın nəzarətindədir.

Axar.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə deyib.

O, müxalifətin Tavuş vilayətinin 4 kəndinin Azərbaycana verilməsi ilə bağlı iddialarını təkzib edərək, müzakirə olunan ərazilər arasında belə yaşayış məntəqələrinin olmadığını qeyd edib:

"Bu bölmə spesifikliyinə və delimitasiyasına görə ən çətinidir. Ermənistan hökuməti bu ərazidən delimitasiya prosesinə başlamağa hazırdır. Məsələ kəndlərin özlərinə deyil, onların qarşısındakı sərhədin müəyyənləşdirilməsinə aiddir.

Eyni zamanda, Qızıl Hacılı həm bu gün, həm dünən, həm də 20 il əvvəl Azərbaycanın nəzarəti altında idi. Ermənistan hökuməti istəsə belə, onu təslim edə bilməz, həmişə Bakının nəzarətində olub", - Paşinyan bildirib.

Paşinyan əlavə edib ki, Aşağı Əskipara kəndi də Azərbaycanın nəzarətindədir və həmişə belə olub.

Paşinyan vurğulayıb ki, delimitasiya zamanı Voskepar (Əskipara) kəndinin təhlükəsizlik məsələləri müzakirə olunur.

ƏN ÇOX OXUNANLAR

0.025830984115601