• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Bir az daha çox "maşın" olmaq üçün əməliyyat olundum - Arnold Şvartsnegger - FOTO



Kaliforniyanın keçmiş qubernatoru və “Terminator” filmlərinin ulduzu Arnold Şvartsnegger xəstəxanalıq olub.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə o, "Arnold’s Pump Club" adlı podkast verilişində danışıb.

76 yaşlı aktyor ötən həftə ürəyinə kardiostimulyator qoyulduğunu bildirib:

"Hər şeydən əvvəl əla olduğumu bilməyinizi istəyirəm. Keçən bazar ertəsi bir az daha çox "maşın" olmaq üçün əməliyyat olundum. Ürəyimə kardiostimulyator qoydurdum. Genetik ürək qüsuru ilə yaşamaq belə bir şeydir, amma şikayət etdiyimi eşitməyəcəksiniz"- deyə o söyləyib.

Qeyd edək ki, A.Şvartsnegger daha əvvəl 3 dəfə ürəyindən əməliyyat olunub.

Billurə

 

ƏN ÇOX OXUNANLAR

0.29225707054138