Dövlət Departamenti Blinken və Paşinyan arasında gözlənilən görüşün məqsədlərini açıqlayıb.
Ölkə.Az xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller aprelin 5-də Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının sədri Ursula fon der Leyen və ABŞ dövlət katibi Antoni Blinkenin iştirakı ilə Brüsseldə keçiriləcək görüşü şərh edib.
“Mən bu barədə ətraflı danışmayacağam. Yalnız onu deyə bilərəm ki, bizim əsas məqsədimiz Ermənistan və Azərbaycan arasındakı fikir ayrılıqlarını aradan qaldırmaq, güclü və davamlı sülh sazişi əldə etmək üçün işləməyə təşviq etməkdir”, - Miller deyib.
Mürtəza
Ölkə.Az