Şəhər mərkəzində daha bir yeraltı avtodayanacaqda parkinq tarifləri yenilənib.
“Ölkə.Az”ın məlumatına görə, bu tariflər Azadlıq meydanı yeraltı dayanacağında aprelin 1-dən tətbiq olunacaq.
Belə ki, sürücülər 0-1 saat üçün 1 AZN, 1-3 saat üçün 2 AZN, 3-6 saat üçün 3 AZN, 6-12 saat üçün 5 AZN, 12-24 saat üçün 10 AZN ödəyəcək.
Aylıq paketlər isə 12 saatlıq 100 AZN, 24 saatlıq 140 AZN, qonşular üçün 75 AZN müəyyən olunub.
Qeyd edək ki, aprelin 1-dən etibarətn “Qış Parkı” yeraltı dayanacağında da yeni tariflər tətbiq olunacaq. Daha ətraflı: “Qış parkı”nda yeni parkinq qiymətləri: 120 manat...
Könül
Ölkə.Az