• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Parklanma qiymətləri niyə artırılır? - RƏSMİ AÇIQLAMA



Aprelin 1-dən etibarən Hökumət evi, Qış parkı və Mərkəzi parkda yeraltı  yeraltı dayanacaqda avtomobil park etmək üçün yeni tariflər tətbiq olunacaq.
 
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən "Ölkə.Az"a bildirilib ki, AYNA-nın balansında olan yeraltı parklanma məntəqələrində ən yüksək aylıq tariflə bir saata görə ödəniş 20 qəpik təşkil edir: "Qurumun balansında olan yeraltı parklanma məntəqələrində yeni aylıq tariflərə əsasən qiymətlər bir gün üçün 1 manat 66 qəpik – 4 manat 66 qəpik arasında dəyişir. Hətta ən yüksək aylıq tariflə bir saata görə ödəniş 20 qəpik təşkil edir".
 
Qurum qeyd edir ki, Hökumət evi, Qış parkı və Mərkəzi parkda yeraltı parklanma məntəqləri üzrə parklanma fəaliyyətindən daxilolmalar xərcləri tam qarşılamır:
 
"Parklanma məntəqələrində mövcud avadanlıqlar (lift, eskalator, ödəniş terminalları, yanğından mühafizə sistemi və s.) qeyri-qənaətbəxş vəziyyətdədir, təmiri və yenilənməsi üçün əsaslı vəsait qoyuluşu tələb olunur. Həm yaranan zərərin azaldılması, eləcə də əhaliyə göstərilən xidmət səviyyəsinin artırılması məqsədilə mövcud tariflərin dəyişdirilməsi məqsədəuyğun hesab edilib".
 
Könül
Ölkə.Az

ƏN ÇOX OXUNANLAR

0.11634016036987