• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Taylandda meymunlar şəhəri işğal etdi, əməliyyat keçirildi  



Taylandda meymunlar şəhəri "işğal" edib.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, Taylandın Lopburi şəhərində meymunların yemək axtarmaq üçün şəhərə enməsi xaos yaradıb.

Vəziyyət o həddə çatıb ki, meymunlar yemək tapmaq üçün şəhərin mərkəzindəki evlərə, mağazalara girir, bəzən insanların çantalarına və yeməklərinə hücum edir.

Taylandın Təbii Sərvətlər və Ətraf Mühit Nazirliyindən verilən açıqlamada meymun hücumlarına məruz qalanlara təzminat ödəniləcəyi, Lopburi şəhər mərkəzində meymunların sayının mərhələli şəkildə azalacağı açıqlanıb.

Açıqlamadan sonra başladılan əməliyyatda Tayland Milli Parkları və Vəhşi Təbiəti Mühafizə İdarəsinin (DNP) bölmələri dünən Lopburi şəhərində meymunları yığmağa başlayıb.

Əməliyyat çərçivəsində şəhər mərkəzində tutulan 50 yetkin erkək meymunun əvvəlcə meşəyə buraxılması, sonra isə onların müşahidəsi planlaşdırılır.

Bölgədəki yerli sakinlər, meymunların yaratdığı narahatlığa görə bir çox kiçik müəssisənin və ailənin şəhəri tərk etmək məcburiyətində qaldığını bildirib.

Qeyd edək ki, meymunların sayının çox olmasına görə Lopburi "meymunlar şəhəri" də adlandırılır. 

ƏN ÇOX OXUNANLAR

0.24310994148254