Tailand hakimiyyəti eynicinsli nikahları leqallaşdıran qanun qəbul edib.
Qeyd olunub ki, monarxiya idarəetmə sisteminə malik ölkə Cənub-Şərqi Asiyada bu cür dəyişiklikləri qəbul edən ilk ölkə olub.
Ölkənin 500 üzvdən ibarət Nümayəndələr Palatası “nikah bərabərliyi” sənədinə səs verib. 400-ə yaxın palata üzvü qanunverici qanun layihəsini dəstəkləyib, 10-u əleyhinə səs verib, beş üzv isə təxminən dörd saatlıq müzakirələrdən sonra ya bitərəf qalıb, ya da səs verməyib.
Hazırda qanun Senatın yuxarı palatası və kral tərəfindən təsdiqlənməlidir. Daha sonra “Royal Gazette”də dərc olunacaq və 120 gündən sonra qüvvəyə minəcək. Bütün prosesin ilin sonuna qədər başa çatdırılması gözlənilir.
Dəyişikliklər qüvvəyə minəndə Tailand yaşı 18-dən yuxarı olan eynicinsli partnyorların nikahlarının qeydiyyatını, habelə onların vərəsəlik, vergi güzəştləri və uşaqların övladlığa götürülməsi hüquqlarını tanıyacaq. Qanunun tərəfdarları inanırlar ki, bu, Tailandın LGBT-yə tolerant yanaşan turizm məkanı kimi reputasiyasını gücləndirəcək.