Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.
"Ölkə.Az" xəbər verir ki, avronun məzənnəsi 0,05% azalaraq 1,8399 manat, Rusiya rublunun məzənnəsi 1,1% irəliləyərək 0,0185 manat, Türkiyə lirəsi 0,4% ucuzlaşaraq 0,0526 manat təşkil edib.
ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.