• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Tramp İncil satmağa başladı - VİDEO



ABŞ-nin keçmiş prezidenti Donald Tramp İncil satmağa başlayıb.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, o,noyabrda baş tutacaq seçkiqabağı kampaniyasını dəstəkləmək üçün  İncilləri 60 dollara onlayn satışa qoyub.

Tramp özünün "Truth Social" platformasında video yayımlayıb və tərəfdarlarını “Allah ABŞ-ı qorusun” yazısı olan İncil almağa dəvət edib.

Sevimli kitabının İncil olduğunu vurğulayan ABŞ siyasətçisi bildirib ki, bütün amerikalıların evinə azı bir İncil lazımdır.

Qeyd edək ki, Trampın daşınmaz əmlak sənayesində fırıldaqçılıq ittihamı ilə cəzalandırıldığı 454 milyon dollarlıq ümumi cərimə bazar ertəsi günü 175 milyon dollara endirilib və ödəniş üçün əlavə 10 gün vaxt verilib. Əgər belə bir qərar verilməsəydi, Tramp bank hesablarındakı pullarına və bəzi mühüm daşınmaz əmlaklarına nəzarəti itirmək riski ilə üzləşəcəkdi.

Billurə

ƏN ÇOX OXUNANLAR

0.14420390129089