• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Rusiyada müğənnilər terrordan zərər çəkənlərə görə bir araya gəldi



Rusiyada müğənnilər bir araya gələrək Müslüm Maqomayevin mahnılarından ibarət "Səsimi eşit" xeyriyyə albomu yazdırıblar.
 
 "Ölkə.az" xəbər verir ki, sənətçilər layihəni "Crocus city hall"da baş verən terror aktında əziyyət çəkənlərə həsr ediblər. 
 
Albomda 12 trek yer alıb. Mahnını səsləndirənlər arasında Xalq artisti Emin Ağalarov, Basta, “Mary Gu”, Vanya Dmitrienko, Nəvai Bəkirov, Lyusya Çebotina, “Macan”, Stas Mixaylov, Polina Qaqarina, “Lyube”, “HammAli”, Vladimir Presnyakov, Valeriya, “Three Days of Rain”, Mona, Elman, Amirçik , “Loc–Dog”, “Scirena, Yulia Parşuta, The Limba, Toni, Sevilla, Miravi, Merab Amzoevi və Fedor Bondarçukun mahnıları yer alıb.  
 
Albomun satışından əldə edilən gəlir martın 22-də baş vermiş terror aktında həlak olanların və yaralananların ailələrinə göndərəcək. 
 
Xatırladaq ki, “Crocus City Hall”dakı konsert zalı Müslüm Maqomayevin adını daşıyıb.(Axşam.az)

ƏN ÇOX OXUNANLAR

0.31750416755676