Martın 7-də səhər saatlarında ABŞ yazılı şəkildə Rusiyaya terror təhlükəsi ilə bağlı məlumat ötürüb.
"Ölkə.az" xəbər verir ki, bunu Ağ Evin nümayəndəsi Con Kirbi bildirib.
“Martın 7-də Moskva vaxtı ilə saat 11:15-də biz adi prosedurlara uyğun olaraq və ABŞ-nin əvvəlki hökumətinin dəfələrlə istifadə etdiyi kanallar vasitəsilə Rusiya xüsusi xidmət orqanlarına yazılı xəbərdarlıq göndərmişdik”, - Kirbi vurğulaıb.