• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Azərbaycana yaxşı baxsınlar, görünsünlər, hüquq nədir - Deputat



“Qoy dünya gözünü açıb Azərbaycana yaxşı baxsın. Görsün ki, Azərbaycan milliyətindən asılı olmayaraq vətəndaşları arasında fərq qoymur”.

Ölkə.Az xəbər verir ki, bunu deputat Aydın Mirzəzadə Ombudsman Səbinə Əliyevanın Xankəndidə erməni sakinlər ilə görüşünü barədə danışarkən deyib.

Onun sözlərinə görə, Azərbaycanın Ombudsmanından fərqli olaraq Ermənistan Ombudsmanı insan hüquqlarını pozan komissar kimi çıxış edirdi. “Ermənistan Ombudsmanı İkinci Qarabağ savaşı və ondan əvvəl işğalı dəstəkləyirdi. Amma ondan fərqli olaraq Azərbaycan Ombudsmanı insanların hüquqlarının təmin olunması qayğısına necə qalmağı dünyaya nümayiş etdirdi. Bunu dünya görməlidir. Xüsusən də Fransa”, - deputat qeyd edib.

Mürtəza
Ölkə.Az

ƏN ÇOX OXUNANLAR

0.14919996261597