• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Aİ Gürcüstana xəbərdarlıq etdi



“Gürcüstan parlamentinə təqdim edilən xarici agentlər haqqında qanun layihəsi Avropa norma və dəyərlərinə uyğun gəlmir”.

Bu barədə “Reuters” agentliyinə Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Qreçinski bildirib.

O vurğulayıb ki, qanunun qəbulu Gürcüstanın Aİ-yə üzvlüklə bağlı müraciətinə baxılmasını gecikdirə bilər.

“Fikrimizcə, QHT-lərin şəffaflığı ilə bağlı narahatlıqlar vətəndaş cəmiyyəti təşkilatları üçün məkanın, söz və media azadlığının məhdudlaşdırılması üçün bəhanə kimi istifadə edilməməlidir”.

Qeyd edək ki, Gürcüstanda parlament çoxluğu “Xarici təsirin şəffaflığı haqqında” qanunun qanunverici orqanda yenidən müzakirə edilməsi barədə qərar qəbul edib.

Gürcüstan parlamentin spikeri Şalva Papuaşvili bildirib ki, xarici donorlar Gürcüstanda radikal qrupların və partiyaların məxfi maliyyələşməsini artırıblar.

ƏN ÇOX OXUNANLAR

  • 8
"Neftçi" qalib gəldi
1.1813409328461