• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

ABŞ Assanc məsələsində GÜZƏŞTƏ GETDİ



Birləşmiş Ştatlar London Ali Məhkəməsinə Culian Assancın Amerika ərazisinə ekstradisiyası ilə bağlı tələb edilən təminatları verib.

"Ölkə.az" xəbər verir ki, bu barədə "Reuters" agentliyi Assancın həyat yoldaşının nümayəndəsinə istinadla məlumat yayıb.

“Birləşmiş Ştatlar "WikiLeaks"in qurucusu Culian Assancının Böyük Britaniyadan ekstradisiyasına yol açmaq üçün London Ali Məhkəməsinin tələb etdiyi təminatları təqdim edib", - deyə agentlik bildirib.

Söhbət Assancın söz azadlığından istifadə etmək, məhkəmədə hüquqlarının pozulmaması imkanından gedir və ayrıca qeyd olunub ki, ABŞ-da məhkəmə onu təqsirli hesab edərsə, Assanc ölüm cəzası ilə üzləşməyəcək.

Bundan əvvəl Culian Assancın vəkili Barri Pollak, Ağ Ev rəhbəri Co Baydenin Avstraliyanın "WikiLeaks"in təsisçisinə qarşı işin bağlanması tələbini nəzərdən keçirməklə bağlı vədlərini alqışlayıb.

Pollak məsələyə son qoymağın və Assancın Avstraliyaya qayıtmasına icazə verməyin vaxtı çatdığını vurğulayıb.

ƏN ÇOX OXUNANLAR

  • 10
"Neftçi" qalib gəldi
0.038043975830078