Bakının Qarabağda təhlükəsizliyi təmin etmək üçün öz qüvvələri var.
Ölkə.Az xəbər verir ki, bunu KTMT-nin baş katibi İmanqali Tasmaqambetov deyib.
“Rusiya sülhməramlılarının Qarabağda olmasına gəlincə deyə bilərəm ki, hazırda bu, təhlükəsizliyi təmin etmək üçün öz qüvvələrinə malik Azərbaycan Respublikasının ərazisidir. Təbii ki, bu məsələ birtərəfli qaydada həll olunmur. Hesab edirəm ki, regionda sabitlik böyük ölçüdə Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması perspektivindən asılıdır”, - KTMT baş katibi Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxarılmasını şərh edərkən deyib.
Mürtəza
Ölkə.Az