• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Bakıda məşhur həkim klinikasını satışa çıxardı - FOTO



Bakının Bakıxanov qəsəbəsində yerləşən məşhur "Nova Med" klinikasının avadanlıqlarının bir hissəsi satışa çıxarılıb.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, klinikanın şəriklərindən biri olan həkim-dermatoloq Qulu Əbülfəzov ona aid payı satır.

Satışa çıxarılan tibbi avadanlıqların ümumi dəyəri 490 000 manat təşkil edir.

Q.Əbülfəzov həm klinikanın baş həkimi, həm də qanuni təmsilçisidir.

Bundan əlavə, klinikanın pay sahiblərindən digərinin də razılaşma əsasında ona aid əmlakları sata biləcəyi mümkündür. Onun isə qiyməti açıqlanmayıb. 

Ümumilikdə isə "Nova Med" klinikasının yerləşdiyi 660 kvadrat metrlik sahəni əhatə edən üçmərtəbəli bina 6000 manata icarəyə verilir.

Tibbi avadanlıqları alan şəxs aylıq icarə haqqını ödəmək şərti ilə klinikanı işlədə bilər.

Qeyd edək ki, "Nova Med" Məhdud Məsuliyyətli Cəmiyyəti 2017-ci ildə dövlət qeydiyyatına alınıb.

ƏN ÇOX OXUNANLAR

0.11824893951416