- 6
ENDİRİLİR
ENDİRİLİR
Azərbaycanda 1 milyon 357 minə yaxın fərdi sahibkar var.
Sfera.az rəsmi açıqlanan məlumatlara istinadən xəbər verir ki, fərdi sahibkarların 77 faizini kişilər, 23 faizini isə qadınlar təşkil edib. Qadın sahibkarların sayı 311 min 572-dir.
Qadınlar kənd təsərrüfatı sahəsində və ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində daha çox fəaliyyət göstərirlər. Sahibkar qadınların 28,6 faizi Bakıda, 10,2 faizi Lənkəran-Astara, 9,6 faizi Qazax-Tovuz, qalanları isə digər iqtisadi rayonlarda qeydiyyatdan keçib.
Fərdi sahibkarların cins tərkibinin regionlar üzrə say bölgüsündən aydın olur ki, Qazax-Tovuz (28,2%), Naxçıvan Muxtar Respublikası (26,7%), Gəncə-Daşkəsən (25,9%), Bakı (24,8%) iqtisadi rayonlarında qadın sahibkarların payı ölkə üzrə orta göstəricidən yuxarıdır.