• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Əsgərliyə gedən şəxsin banka olan kredit borcu dondurulur?



Banklardan kredit götürən vətəndaşlar bəzən tələb olunan şərtlərlə maraqlanmadıqları üçün sonradan ödəmə problemi ilə rastlaşmalı olurlar.

"Əsgərliyə gedən şəxsin adında kredit borcu olarsa, o qayıdana kimi bank həmin borcu dondurur, yoxsa ödənməlidir?"

Oxu.Az xəbər verir ki, bununla bağlı müzakirə sosial şəbəkədə aparılıb.

Bəzi vətəndaşlar belə hesab edirlər ki, əgər kredit götürən şəxs əsgəri xidmətə yola düşürsə, onun borcu bank tərəfindən dondurulur.

Məsələ ilə bağlı bir neçə bankla əlaqə saxladıq. Bankların kredit mütəxəssislərinin fikirləri üst-üstə düşdü.

Qeyd olundu ki, qanunvericilikdə həqiqi hərbi xidmətlə bağlı hər hansı kredit güzəşti yoxdur. Səfərbərlik halı istisna olmaqla əsgərliyə gedən şəxs götürdüyü kredit borcunu ödəməlidir. Ödənmədiyi halda bu, yayınma kimi sayılır və bank vətəndaşı məhkəməyə verə bilər:

"Çünki vətəndaş əsgərə gedəcəyini əvvəlcədən bilir. Əgər ödəmə imkanı yoxdursa, o zaman özünə borc yaratmamalıdır. Kredit borcunun dondurulması yalnız səfərbərlik zamanı keçərli ola bilər".

ƏN ÇOX OXUNANLAR

  • 7
"Neftçi" qalib gəldi
0.061268091201782