• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Türkiyədə eramızdan əvvəl II əsrə aid “yemək otağı” tapıldı - FOTO/VİDEO



Arxeoloqlar Türkiyədə eramızdan əvvəl II əsrə aid “yemək otağı” aşkar edib.

Bu barədə “SAT-7 Türk” xəbər yayıb.

Məlumata görə, Qaziantepdə Zeugma antik şəhərində arxeoloqlar qayaya həkk olunmuş, eramızdan əvvəl II və ya III əsrlərə aid iki otaq aşkar ediblər. Mütəxəssislər tapılan otaqların “yemək otağı” kimi istifadə edildiyini və evin özünün də burada yüzillər əvvəl nahar məclisləri keçirən nüfuzlu bir ailəyə məxsus olduğunu düşünürlər.

Tapılan otaqlar mürəkkəb mozaika naxışları ilə bəzədilib. Arxeoloqların fikrincə, bu, bina sahiblərinin ziyalı olduqlarını sübut edir.

ƏN ÇOX OXUNANLAR

0.083708047866821