- 1
ENDİRİLİR
ENDİRİLİR
Ölkəmizdə taksi xidmətinin təşkilinə yenidən baxılması vacib məsələlərdən biridir.
Bu sahə demək olar ki, nəzarətdən kənarda qalıb. Düzdür, taksi xidmətləri formalaşmış rəqabət sayəsində aşağı qiymətlə təqdim olunur. Ancaq bununla yanaşı bu sahədə narahat doğurucu məqamlar da çoxdur. İlk olaraq taksi fəaliyyəti ilə məşğul olan avtomobillərin texniki sazlığının gündəlik yoxlanılmalı olduğunu qeyd etmək istərdim. Bu ictimai xidmət sahəsi olduğu üçün insanların həyat və sağlamlıqları ilə birbaşa bağlıdır. Taksilərin texniki cəhətdən nasaz olması qəzaların sayını artırır və sərnişinlərin xəsarət almasına gətirib çıxarır. Narahatlıq doğuran digər məsələ taksilərin təmizliyə riayət etməməsidir. Bəzən taksi sifarişi zamanı gələn avtomobil sərnişinlər üçün “sürpriz” olur. Belə ki, bir çox hallarda taksinin köhnə və natəmiz olması sərnişinlərdə heç də xoş olmayan əhval yaradır.”
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
Deputat bildirib ki, taksi xidməti sahəsində önəmli məsələlərdən biri də sürücülərin sağlamlıq durumu ilə bağlıdır: “Hər bir sürücü gündəlik olaraq alkotestdən keçməlidir. Son vaxtlar taksi sürücüləri müxtəlif maddələrin təsiri altında olduğundan sərnişinlərə qarşı cinayətlərin artdığını da müşahidə edirik. Bu sahə ilə bağlı digər vacib məslə sürücülərin iş rejimi ilə bağlıdır. Bəzi sahibkarlar 50-yə yaxın köhnə maşını alıb “Bolt” və ya “Uber”lə müqavilə bağlayaraq, onları xəttə buraxıb ortaya böyük plan qoyurlar. Bu planı yerinə yetirib özünə də əlavə 5 manat qazanc əldə etmək üçün sürücülər gün ərzində 15-16 saata qədər işləməli olurlar. Bu isə insan hüquqlarının pozulması deməkdir. Yorğun və yuxulu sürücünün qəza törətmək riski də böyükdür. Hesab edirəm ki, qeyd etdiyim məqamlar bu gün çox vacibdir və bu məsələlərin həll edilməsi və nizmalanması aktualdır”.